Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Suares MLS-in ən çox maaş alan futbolçusu ola bilər

Suares MLS-in ən çox maaş alan futbolçusu ola bilər

Tarix: 20 Sentyabr 2020 13:48

ABŞ-ın “İnter Mayami” klubu “Barselona”nın futbolçusu Luis Suaresə transfer təklifi göndərib.

Qol.az xəbər verir ki, klub uruqvaylı hücumçuya illik 8 milyon avro maaş olmaqla 4 illik müqavilə təklif edib. 33 yaşlı oyunçu isə “İnter Mayami”yə keçməkdən imtina edib.

Suares bu təklifi qəbul edəcəyi təqdirdə MLS-də çıxış edərək ən çoxx maaş alan futbolçu ola bilərdi. Hazırda isə bu ad Qonzalo İquainə (“İnter Mayami”) məxsusdur. Onun yeni klubundakı maaşı 8 milyon 900 min avro olacaq.

Bildirilir ki, L.Suares ABŞ təmsilisinə keçməyə maraqlıdır. Lakin o, belə bir addımı karyerasının sonlarında atmağı planlaşdırır.

 


Etiketlər:  Suares MLS in ən çox maaş alan futbolçusu ola bilər


RƏYLƏR