Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

146 yeni yoluxma, 154 nəfər sağaldı

146 yeni yoluxma, 154 nəfər sağaldı

Tarix: 20 Sentyabr 2020 15:30

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sonxeber.net-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39 188 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 755 nəfər müalicə olunaraq sağalıb, 575 nəfər vəfat edib, aktiv xəstə sayı 1858 nəfərdir.

Ölkədə son sutka ərzində 6 886, hazırkı dövrədək isə 1 054 792 test aparılıb.


Etiketlər:  yeni yoluxma nəfər sağaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ