Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hansı içkilər diş eroziyasına yol açır?

Hansı içkilər diş eroziyasına yol açır?

Tarix: 20 Sentyabr 2020 21:45

"Kifayət qədər əsaslı dəlillər var ki, soda və yaxud istənilən karbonlaşdırılmış və şəkərlə zəngin içkilər dişlərə mütəmadi olaraq zərər verir".

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-ortodont Sadiq Qasımov bildirib.

Mütəxəssis bildirib ki, belə içkilər dişlər üçün ekstremal dərəcədə zərərlidir: "İnsanlar arasında belə bir fərziyyə də dolaşır ki, breket metaldan olduğu üçün soda və digər qida məhsulları onlara təsir etmir. Təbii ki, bu, bir mifdir. Sizin breket taxıb-taxmamağınızdan asılı olmayaraq karbonlaşdırılmış şəkərlə zəngin içkilər sizin dişlərinizə birbaşa təsir edir və bu, təsir mənfi təsirdir.

Bu tip içkilərin ümumi neqativ təsiri ondan ibarətdir ki, onlar ağır diş eroziyasına yol açır".

Ortodont bildirib ki, diş eroziyası zamanı diş səthi mütəmadi şəkildə müəyyən zamanda ovulmağa başlayır. Prosesin ən təhlükəli tərəfi isə sonradan özünü ağız problemləri və xəstəlikləri şəklində büruzə verməsidir. S. Qasımov soda və karbonlaşdırılmış şəkərlə zəngin içkilərdən mümkün qədər uzaq durmağı tövsiyə edib.


Etiketlər:  Hansı içkilər diş eroziyasına açır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ