Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lənkəranda regional turizm idarəsi açılır

Lənkəranda regional turizm idarəsi açılır

Tarix: 21 Sentyabr 2020 16:12

Bakı. İlhamə İsabalayeva - Trend:

Sentyabrın 22-də Lənkəran Destinasiya Menecmenti Təşkilatının (regional turizm idarəsinin) açılışı baş tutacaq.

Dövlət Turizm Təşkilatından Trend-ə verilən məlumata görə, Destinasiya Menecmenti Təşkilatları (DMT) Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Azərbaycanın bölgələrində turizmin inkişafı, təşviqi və idarə olunması məqsədilə yeni struktur vahidi kimi təsis olunur.

Lənkəran DMT 2019-cu ildə açılmış Quba DMT və Şəki DMT-dən sonra sayca 3-cü regional turizm strukturudur.


Etiketlər:  Lənkəranda regional turizm idarəsi açılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ