Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çin ABŞ-a məxsus şirkətlərin qara siyahısını hazırlayır

Çin ABŞ-a məxsus şirkətlərin qara siyahısını hazırlayır

Tarix: 22 Sentyabr 2020 07:36

Çin hakimiyyəti ABŞ-a məxsus texnologiya şirkətlərini qara siyahıya alır, lakin siyahının nə vaxt açıqlanacağı ilə bağlı hələlik bir qərar verilməyib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, rəsmi Pekin Vaşinqtonun Çin şirkətlərinə qarşı addımlarına cavab verməyə çalışır, eyni zamanda ABŞ-ın atdığı gördüyü tədbirlərdən daha sərt olacaq tədbirlərə əl atmaq istəmir.

Pekin Amerika şirkətlərinin qara siyahısını yaratmaq niyyətini ilk dəfə 2019-cu ilin mayında, Vaşinqtonun Çinə məxsus telekommunikasiya şirkəti "Huawei Technologies"ə məhdudiyyətlər qoymasından bir müddət sonra elan edib. Qəzetin yazdığına görə, son həftələrdə Çində xüsusi qurumlararası qrup "sanksiyaların tətbiq oluna biləcəyi Çin şirkətləri ilə bağlı ABŞ-ın siyahısına cavab" kimi "etibarsız təşkilatlar" siyahısının tərtib edilməsi işini sürətləndirib. Çin rəsmiləri "indi bu siyahının nə vaxt açıqlanacağını müzakirə edir və bəziləri bunun ABŞ-da keçiriləcək seçkilərdən əvvəl açıqlanacağını düşünmür".


Etiketlər:  Çin ABŞ məxsus şirkətlərin qara siyahısını hazırlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ