Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Legiya'' rəhbərliyi niyə baş məşqçi dəyişikliyi edib?

''Legiya'' rəhbərliyi niyə baş məşqçi dəyişikliyi edib?

Tarix: 22 Sentyabr 2020 13:10

"Legiya”nın prezidenti Dariuş Mioduski komandadakı baş məşqçi dəyişikliyi haqda danışıb.

Qol.az Polşa mətbuatına istinadən xəbər verir ki, o, əvvəlcə istefaya göndərdikləri Aleksandr Vukoviç haqda müsbət fikirlər səsləndirib: Vukoviç bu komandanı çempion edən mütəxəssisdir və çətin anlarda ona etibar edə biləcəyimizi anladıq.  Ona "Legiya" üçün etdikləri görə təşəkkür edirik. Vukoviç bir məşqçi kimi çox inkişat etdi, buna görə karyerasında daha çox uğur qazanacağına əminəm".

Klub prezidenti bildirib ki, Avrokuboklarda uğurlu çıxış etmək və hədəflərinə çatmaq üçün baş məşqçi dəyişikliyi ediblər: "Bu çətin qərarı verdik. Avropa Liqasında uğurlu çıxış və hədəflərimizə çatmaq üçün bu addımı atmalı idik.  Yeni baş məşqçinin komandanın daha sürətli inkişafına təkan verəcəyini düşünürük. Avropa Liqasında qrupa düşmək yolunda həlledici matçlarda bizə çox köməyi dəyəcək”.

Qeyd edək ki,  dünən Aleksandar Vukoviçi istefaya göndərən Polşa təmsilçisi yeni baş məşqçi vəzifəsinə Çeslav Mixneviçi təyin edib. 50 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, "Legiya" 3-cü təsnifat mərhələsində "Drita"nı (Kosovo) keçəcəyi təqdirdə, növbəti mərhələdə Ağdam təmsilçisi ilə qarşılaşacaq.

 


Etiketlər:  Legiya rəhbərliyi niyə baş məşqçi dəyişikliyi edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ