Tarix: 1 Iyul 2019 15:00
"Keşlə" heyətini yeni futbolçularla gücləndirir.
Bu barədə Qol.az-a klubun meneceri Eldəniz Yusifov məlumat verib. Onun sözlərinə görə, paytaxt təmsilçisi "Zirə"dən ayrılan İlkin Qırtımov və AZAL-ın (indiki "Şüvəlan") sabiq qapıçısı Stanislav Namaşko ilə anlaşıb. Hər iki oyunçu ilə 1+1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, 2014-2016-cı illərdə AZAL-da oynamış Namaşkonun son klubu Monteneqro "Zeta"sı olub. İ. Qırtımov isə 2015-2018-ci illərdə "Keşlə"nin (o vaxtkı adı ilə "İnter") formasını geyinib.
Xatırladaq ki, bu yay Rəşad Əzizli, Ruslan Qurbanov, Franko Valentin Flores və Ziya Əzizovu heyətinə qatıb.