Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2020 20:48
Fransanın "Airbus" şirkəti hidrogen mühərrikli 3 təyyarə prototipini təqdim edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu modellərin karbon qazı tullantıları sıfır səviyyəsində olacaq.
Şirkətin baş direktoru Giyom Fori bildirib ki, həmin modellərin 2035-ci ilədək istehsalının başlanması planlaşdırılır.
"ZEROe" adı verilən modellər üç prototipdə təqdim olunub.
Birinci prototip turboreaktiv mühərrikli klassik konturları olan təyyarədir. Bu təyyarənin sərnişin tutumu 200 nəfərədək, uçuş məsafəsi 3 500 kilometrdən çox olacaq.
İkinci prototip 1 800 kilometr məsafədə 100-dək sərnişin daşıya biləcək regional tipli turbopərli təyyarədir.
Üçüncü prototip mütəxəssislər tərəfindən "uçan qanad" adlandırılıb. Bu təyyarənin sərnişin tutumu 200 nəfərədək, uçuş məsafəsi 3 500 kilometrdən çox olacaq.