Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Nokia 3.4” və “Nokia 2.4” smartfonları təqdim edilib

“Nokia 3.4” və “Nokia 2.4” smartfonları təqdim edilib

Tarix: 23 Sentyabr 2020 13:27

Onlayn təqdimat çərçivəsində yeni “Nokia” smartfonları təqdim edilib. Böyükölçülü ekran və tutumlu akkumulyatora malik ucuz “Nokia 2.4” və “Nokia 3.4” modelləri təqdim edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Nokia 3.4” modeli 6,4 düymlük displeylə təchiz edilib. Smartfon plastik arxa qapaqlı alüminium çərçivəyə salınıb. Arxa tərəfdə əsas kamera modulu və barmaq izləri skaneri yerləşdirilib.
 
Smartfonda "Google Assistant"ın sürətli işə salınması üçün ayrı bir düymə nəzərdə tutulub. NFC texnologiyasının tətbiqi mağazalarda təmassız ödəniş etməyə imkan verir. “Nokia 3.4” qurğusu “Android 10”un idarəetməsi altında işləyir.
 
“Nokia 3.4” cihazının texniki xüsusiyyətləri:
 
Ekran: 6,39 düym, HD+ Prosessor: 8 nüvəli “Snapdragon 460” Əməli yaddaş: 3 QB Daşıyıcı: 64 QB, 512 QB-dək “microSD” yaddaş kartı dəstəyi Əsas kamera: 13 mp + 5 Mp + (ultra genişbucaqlı obyektiv) + 2 mp (dərinlik sensoru) Ön kamera: 8 mp Akkumulyator: 4000 milliamper/saat, 10 vatlıq enerjidoldurma Təhlükəsizlik: arxa tərəfdə barmaq izləri skaneri Rabitə: “Dual LTE”, “Wi-Fi 802.11n”, “Bluetooth 4.2” (apX Adaptive), “GPS/AGPS”, “QLONASS”, “BDS”, “Beidou”, “NFC” Konnektorlar: USB Type-C, 3,5 mm Əməliyyat sistemi: Android 10 Əlavə: "Google Assistant"ın çağırılması düyməsi Ölçüləri: 160,97 x 75,99 x 8,7 mm Çəki: 180 qr  
“Nokia 2.4” modeli 6,5 düymlük ekrana malikdir. Arxa qapaqda ikiqat əsas kamera və barmaq izləri skaneri quraşdırılıb. Smartfonda "Google Assistant"ın işə salınması üçün ayrı bir düymə nəzərdə tutulub.
 
“Nokia 2.4” qurğusunun texniki xüsusiyyətləri:
 
Ekran: 6,5 düym, 1600x720, 19:9 Prosessor: 8 nüvəli “MediaTek Helio P22” Əməli yaddaş: 2/3 QB, LPDDR4x Daşıyıcı: 32/64 QB, e-MMC 5.1, 512 QB-dək “microSD” yaddaş kartı dəstəyi Əsas kamera: 13 mp (f/2.2) + 2 Mp (dərinlik sensoru) Ön kamera: 5 mp Akkumulyator: 4500 milliamper/saat, 5 vatlıq enerjidoldurma Təhlükəsizlik: arxa tərəfdə barmaq izləri skaneri Rabitə: “Dual LTE”, “Wi-Fi 802.11n”, “Bluetooth 5.0”, “GPS/AGPS”, “QLONASS”, “Beidou”
Konnektorlar: “micro-USB”, 3,5 mm Əməliyyat sistemi: “Android 10” (32 bit) Əlavə: "Google Assistant"ın çağırılması düyməsi Ölçüsü: 165,85 x 76,30 x 8,69 mm Çəki: 189 qr  
Emil Hüseynov




Etiketlər:  Nokia Nokia smartfonları təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ