Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2020 14:42
Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların ümumi sayı 385 nəfərə çatıb.
Sonxeber.net APA-ya istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda son sutkada 6 yeni yoluxma faktı qeydə alınıb.
İndiyədək infeksiyaya yoluxanlardan 327 nəfər sağalıb, 56 nəfərin müalicəsi davam edir. 4 nəfərin vəziyyəti ağır, 8 nəfərin vəziyyəti isə orta ağırdır. 95 nəfər karantindədir.
İndiyədək analiz nəticəsi pozitiv çıxan iki nəfər ölüb. Lakin onların digər xəstəliklərdən öldüyü bildirilir.