Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ramin Bayramlı: Azərbaycanda koronavirusa qarşı peyvəndlə bağlı strategiya hazırlanır

Ramin Bayramlı: Azərbaycanda koronavirusa qarşı peyvəndlə bağlı  strategiya hazırlanır

Tarix: 23 Sentyabr 2020 15:44

Azərbaycanda koronavirusa qarşı peyvəndin kimlərə vurulacağı ilə bağlı strategiya hazırlanır.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlı bildirib ki, hazırda Azərbaycan koronavirusa qarşı peyvəndlə bağlı həm ikitərəfli, həm də çoxtərəfli danışıqlar aparır.

O qeyd edib ki, hazırda dünyada 9 şirkət peyvənd hazırlığının 3-cü mərhələsindədir. Həmin peyvəndlərdən hansı beynəlxalq səhiyyə qurumları tərəfindən təsdiq olunacaqsa, Azərbaycan da vaksini tətbiq edən ilk ölkələr sırasında olacaq.


Etiketlər:  Ramin Bayramlı Azərbaycanda koronavirusa qarşı peyvəndlə bağlı strategiya hazırlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ