Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naxçıvanda mühəndis ixtisaslı manqa komandirləri ilə təlim-metodiki toplantı keçirilib - VİDEO - FOTO

Naxçıvanda mühəndis ixtisaslı manqa komandirləri ilə təlim-metodiki toplantı keçirilib - VİDEO - FOTO

Tarix: 24 Sentyabr 2020 12:32

Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı"na əsasən mühəndis ixtisaslı manqa komandirləri ilə təlim-metodiki toplantı keçirilib.

Sonxeber.net bildirir ki, toplantıda əsas diqqət ixtisas və taktiki-xüsusi hazırlıq üzrə məşğələlərə yönəldilib. Məşğələlər zamanı səhra şəraitində avtomobil texnikalarının maskalanma üsul və vasitələri, silahlanmada mövcud olan  müasir mina əleyhinə qoruyucu istehkam kostyumları və minaaxtaranlar, ön xəttin qarşısında qurulacaq partlamayan piyada və tank əleyhinə mühəndis maneələrinin nümunələri, döyüş və avtomobil texnikalarının səngərləri və daldalanacaqları, "Pomnis-2" mina sahalərindən keçidaçma qurğusunun taktiki-texniki xüsusiyyətləri və iş prinsipi, mühəndis-müşahidə postlarından düşmənin, ərazinin və obyektlərin mühəndis kəşfiyyatının aparılması qaydaları nümayiş etdirilib.

Yekunda toplantıya cəlb edilmiş heyətdən fiziki və ixtisas hazırlığından məqbullar götürülüb.


Etiketlər:  Naxçıvanda mühəndis ixtisaslı manqa komandirləri ilə təlim metodiki toplantı keçirilib VİDEO FOTO


RƏYLƏR