Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2019 19:04
Bakı. Trend:
38 minədək bələdiyyə aktı inzibati nəzarət qaydasında yoxlanılaraq onlardan 900-dək aktın Ədliyyə Nazirliyinin təklifləri əsasında ləğv edilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, bu barədə əsas fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında bildirilib.
Pozuntulara yol verən 65 bələdiyyə sədri barədə inzibati xəta haqqında protokolların məhkəmələrə, cinayət xarakterli 16 fakt üzrə materialların isə prokurorluğa göndərildiyi qeyd edilib.
Görülmüş tədbirlər nəticəsində qanunsuz ayrılmış 2.800 ha torpaq sahəsi geri qaytarılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin