Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2019 21:04
"Qarabağ"ın Avstriyada təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununun başlama saatı dəyişdirilib.
Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, "Viktoriya"ya (Çexiya) qarşı görüş sabah Bakı vaxtı ilə saat 20:00-da yox, bir saat tez - 19:00-da başlayacaq.
Qeyd edək ki, Ağdam təmsilçisi bundan əvvəl Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub, Rumıniya "Krayova"su ilə qolsuz bərabərə qalıb, Rusiya “Ufa”sına 2:1 hesabı ilə qalib gəlib.