Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kişilər qadınlardan nə istəyir?

Kişilər qadınlardan nə istəyir?

Tarix: 24 Sentyabr 2020 23:36

1. Hər  bir  kişi  öz  qadınının  onu  ən  yaxşı  kişi  hesab  etməsini  istəyir. O, öz  həyatında  olan  qadının qəhrəmanı  olmaq  istəyir. Ola  bilər  ki, evin  xanımı  ərindən  hər  barədə üstün olsun, amma yenə  də kişi  qadınının  bunu  ona  hiss  etdirməməsini  istəyir.
2. Kişilərin  qadınlardan  istədiyi  ikinci  şey  qadınının  ona  gələcək  planlarında  dəstək olmasıdır. Hər  bir  kişi  onun  gələcək  planlarına  mane  olmayan  qadınla  bir  ömür  sürmək  istəyir.
3. Kişilərin  qadınından  istədiyi  üçüncü şey  hörmətdir. Bütün  kişilər  öz  qadınından  hörmət görmək  istəyir. Bu  onu  öz  işlərində  daha  da  uğurlu  olmağa  həvəsləndirir.
4. Kişinin  qadınından  istədiyi  dördüncü  şey  qadının  danışarkən  "mən"  yox, "biz"  ifadəsini işlətməsidir.  Qadını  "biz"  deyib  danışdıqda  kişi  özünün  hər  anlamda  qadını  ilə  birgə  olduğunu hiss  edir  və  o, bununla  fəxr  edir.
5. Kişilər  qadınlarının,  onun  dostları  ilə  vaxt  keçirməsinə  mane  olmamamağını istəyirlər. Tamamilə  bütün  boş  vaxtlarını  yalnız  ona  həsr  etməsini  arzulayan  qadın  ərini  özü bilməyərəkdən,  özündən  uzaqlaşdırır. Bu  kişiləri  sevdiyi  qadından  uzaqlaşdıran  səbələrdən  biridir.


Etiketlər:  Kişilər qadınlardan istəyir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ