Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2020 04:30
Almaniyanın "Bavariya" komandasının futbolçuları İspaniyanın "Sevilya" klubunu UEFA Superkuboku uğrunda matçda 2-1 məğlub ediblər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, görüş Budapeştdə "Puşkaş-Arena"da keçirilib.
Əsas vaxt 1:1 hesabı ilə başa çatdı - qolları qaliblərin heyətində Leon Goretska (34-cü dəqiqə), qarşı tərəfdən isə Lukas Okampos fərqlənib (13-cü dəqiqə).
104-cü dəqiqədə qələbə qolunu əlavə vaxtda Xavi Martinez vurub.