Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT Prezident İlham Əliyevin çıxışını xüsusi xəbər kimi yayıb

BMT Prezident İlham Əliyevin çıxışını xüsusi xəbər kimi yayıb

Tarix: 25 Sentyabr 2020 11:51

BMT-nin informasiya portalı Azərbaycan Prezidenti İlham Əliyevin Baş Assambleyanın 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışını xüsusi xəbər kimi yayıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, "Azərbaycan Prezidenti Baş Assambleyada: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır" sərlövhəli informasiyada dövlətimizin başçısının Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, törətdiyi son təxribatlar, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması, həmçinin Azərbaycanın sabit, müasir, demokratik və multikultural dövlət kimi inkişafı ilə bağlı fikirləri yer alıb.

Azərbaycan Prezidentinin çıxışının BMT-nin informasiya portalında xüsusi xəbər kimi verilməsi dövlətimizin başçısının çıxışının əhəmiyyətinin, aktuallığının və Prezident İlham Əliyevin dünyada siyasi nüfuzu və çəkisinin əyani göstəricisidir.


Etiketlər:  Prezident İlham Əliyevin çıxışını xüsusi xəbər kimi yayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ