Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həftəsonları ictimai nəqliyyatın hərəkəti bərpa edilməlidir - Ekspertdən TƏKLİF

Həftəsonları ictimai nəqliyyatın hərəkəti bərpa edilməlidir - Ekspertdən TƏKLİF

Tarix: 26 Sentyabr 2020 11:56

Oktyabrın 1-dən etibarən xüsusi karantin rejiminin müddətinin sona çatması həftə sonları ictimi nəqliyyatın hərəkətinə tətbiq edilən qadağanın aradan qaldırılıb-qaldırılmaması məsələsini gündəmə gətirir.

Sonxeber.net-a açıqlama verən hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, ictimi nəqliyyatın hərəkətinə tətbiq edilən qadağanın aradan tez bir zamanda qaldırılması yaxşı olardı:

"Məsələnin tibbi tərəfi bizim səlahiyyətimizə aid deyil. Ona həkimlər, bu sahənin mütəxəssisləri doğru cavab verə bilər. Amma ümumiyyətlə, təcrübə göstərir ki, Bakıda da, ölkənin hər yerində də şənbə və bazar günləri ictimai nəqliyyatda bir qayda olaraq ən aşağı sərnişin sıxlığı olur. Ona görə də iş günləri - I, V günlər ictimi nəqliyyatın tam gücü ilə işləməsi və şənbə, bazar günü işləməməsi, əslində, virusla mübarizədə bəlkə də ən səmərəli yol deyil, o qədər də əhəmiyyətli yol deyil.

Cəmi iki gün müddətində, özü də sərnişin sıxlığının ən aşağı səviyyədə olan müddətində ictimi nəqliyyatın fəaliyyət göstərməməsinin hansı əhəmiyyəti ola bilər, virusla mübrizəyə hansı töhfəni verə bilər, sual altındadır. Mən bu qərarı o qədər də ciddi hesab etmirəm. Çünki şənbə və bazar günləri insanların çoxu işə getmir, müəyyən obyektlər, müəyyən dövlət qurumları işləmir. Bir halda ki, ictimai nəqliyyat yoluxma riski yüksək olan bir yerdir, o risk də sərnişin çox olanda baş verir o günlər də I, V günlərdir. 

Şənbə və bazar günləri ictimai nəqliyyatın işləməməsinin mənfi tərəfləri də var. Mənfi tərəfi ondan ibarətdir ki, az da olsa bəzi müəssisələr, bəzi təşkilatlar işləyir. Tutaq ki, fasiləsiz işləyən dövlət qurumlarının, həyati əhəmiyyətli obyektlərin (qaz, su, enerji təchizatı) işçiləri şənbə və bazar günləri əməlli-başlı əziyyət çəkirlər, nəqliyyat problemi yaşayırlar, taksilərin ümidinə qalırlar. Adi vətəndaşlar da, digər insanlar da şənbə və bazar günləri müəyyən bir xidmətlərdən istifadə etmək üçün, müəyyən bir ehtiyacları üçün harasa gedirlər, onlar da əziyyət çəkirlər. Bütün bunlar da iqtisadi baxımdan problemlərlə üzləşmələrinə səbəb olur. Şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasının müsbət tərəfi yoxdur. Sərnişinlərin ən az olan vaxtı avtobusların, metronun işləməməsinin ciddi bir müsbət tərəfi yoxdur. Aşkar mənfi tərəfi də ki, buna ehtiyacı olan insanlar nəqliyyatsız qalırlar. Ona görə də düşünürəm ki, ictimai nəqliyyatın həftə sonları hərəkəti bərpa olunmalıdır. Yaxşı olardı ki, bu şənbə-bazardan başlayaraq ictimai nəqliyyat işləsin. Bir şey ki, mütəxəssislər, həkimlər də bir yandan deyirlər ki, sanitar-epidemioloji vəziyyət nəzarət altındadır, hər şey qaydasındadır. Dünya təcrübəsi də göstərir ki, bu tipli sərt karantin tədbirləri o qədər də əhəmiyyətli deyil, ən əhəmiyyətlisi insanların özlərini qorumasıdır, əl gigiyenasına, sosial məsafəyə riayət etmək və ictimai nəqliyyatda mütləq tibbi maskadan istifadələri vacibdir". 

Təhməz Əsədov


Etiketlər:  Həftəsonları ictimai nəqliyyatın hərəkəti bərpa edilməlidir Ekspertdən TƏKLİF


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ