Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2020 16:35
Müğənni Aslan Hüseynov sosial şəbəkə ilə bağlı başına gələn hadisəni açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi "Xəbər-ətər" proqramında İnstaqramda ünvanına yazılan təhqirlərdən danışıb. O bildirib ki, söyüş yazan istifadəçini polisə şikayət edir:
"Bir dəfə də məni təhqir edəni tapıb gətirtdim. Valideynlərinə qədər gətirdilər. Salyanda yaşayırdılar. Şəxsiyyətimə toxunan sözlər yazmışdı. Gəlib üzr istədi. Kimsə təhqir edərsə, bütün iş-gücümü atıb onu tapmaqla məşğul olaram".