Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2020 18:28
Bakı. Trend:
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə kişilərdən və qadınlardan ibarət milli komandaları Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplantısında iştirak edir.
Milli Paralimpiya Komitəsindən Trend-ə verilən məlumata görə, təlim-məşq toplantısının məqsədi növbəti yarışlara və "Tokio 2020" Yay Paralimpiya Oyunlarına hazırlıqdır.
Qeyd edək ki, təlim-məşq toplantısı açıq hava şəraitində keçirilir.