Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya XİN Dağlıq Qarabağda vəziyyətlə bağlı maksimum təmkinli olmağa çağırır

Rusiya XİN Dağlıq Qarabağda vəziyyətlə bağlı maksimum təmkinli olmağa çağırır

Tarix: 28 Sentyabr 2020 12:56

Bakı. Trend:

Moskva Dağlıq Qarabağda vəziyyətlə əlaqədar bütün daxili və xarici iştirakçıları maksimum təmkinli olmağa çağırır.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Onun sözlərinə görə, indi atəşin dayandırılması və tərəflərin danışıqlar masasına qayıtması üçün maksimum ehtiyatlı olmaq lazımdır:

"Rusiya ATƏT Minsk qrupunun həmsədri qismində 1991-ci ildən bu prosesdə aktiv iştirak edir. Biz bütün tərəfdaşlarla təmasları davam etdirmək niyyətindəyik".


Etiketlər:  Rusiya XİN Dağlıq Qarabağda vəziyyətlə bağlı maksimum təmkinli olmağa çağırır


RƏYLƏR