Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nika Qvaramia da Azərbaycana dəstək oldu

Nika Qvaramia da Azərbaycana dəstək oldu

Tarix: 29 Sentyabr 2020 13:54

Ermənistan Qarabağın işğalçısıdır.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikri "Mtavari Arxi" telekanalının baş direktoru Nika Qvaramia Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı fikirlərini şərh edərkən deyib.

O, Dağlıq Qarabağı Ermənistanın işğal etdiyini bildirib:

"Bu məsələdə tamamilə razıyam. Aydındır ki, iki vur iki dörd edir və hamıya bəllidir. Eyni sözləri beynəlxalq cəmiyyət və mövcud beynəlxalq hüquq da söyləyir. Ermənistan Qarabağın işğalçısıdır. Həqiqət budur.

Öncə qonşu dövlət olan Ermənistanın Birləşmiş Millətlər Təşkilatında Abxaziya və Osetiya ilə bağlı səsvermə nəticələrinə baxın, sonra isə Azərbaycanın bu məsələ ilə bağlı mövqeyinin ifadəsinə".


Etiketlər:  Nika Qvaramia Azərbaycana dəstək oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ