Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2020 18:38
Beynəlxalq arenada futbolun hər zaman daha yüksək olduğunu anlamalısan.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bunu Moldova millisinin baş məşqçisi Engin Fırat "Sabah"ın formasını geyinən Yevgeni Koçukun Millətlər Liqası çərçivəsində bu ay Kosovo ilə (1:1) keçirilən oyundakı çıxışına münasibət bildirərkən deyib.
Moldovalı yarımmüdafiəçinin yığmaya zədəli qoşulduğunu bildirən türkiyəli çalışdırıcı bu səbəbdən onu Sloveniya ilə (0:1) qarşılaşmada meydana buraxmadığını söyləyib: "Birincisi, Azərbaycanda futbol o qədər də yüksək səviyyədə deyil. İkincisi, Koçuk milliyə gələndə səhhətində problem olduğunun fərqində deyildim. İlk matçda ağrılarla oynadı, bu üzdən ikinci oyunda ondan istifadə etməməyə qərar verdik. Kosovo ilə qarşılaşmada əlindən gələni etsə də, kifayət qədər hazır deyildi. Təlim-məşq toplanışı bitdikdən sonra yığmada yaxşı müalicə alıb klubuna qayıtdı. İndi də orada oynayır. Bu o demək deyil ki, Koçukdan narazıyam. O, çox çalışır, Yevgeni haqda pis fikir deyə bilmərəm".
Qeyd edək ki, Yevgeni Koçuk Moldova yığmasının İtaliya ilə (7 oktyabr) yoldaşlıq görüşü, həmçinin Millətlər Liqasında Yunanıstan (11 oktyabr) və Sloveniya (14 oktyabr) matçlarına dəvət alıb.