Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çavuşoğlu: ''Sülh üçün Ermənistan işğal etdiyi ərazilərdən dərhal çıxmalıdır''

Çavuşoğlu: ''Sülh üçün Ermənistan işğal etdiyi ərazilərdən dərhal çıxmalıdır''

Tarix: 30 Sentyabr 2020 12:39

Ermənistan beynəlxalq hüququ saya salmır.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə hər zaman bütün variantlarda Azərbaycana yardım göstərməyə hazırdır:

"Dağlıq Qarabağ münaqişəsi 30 ildir ki, öz həllini tapmır, indiyə kimi müxtəlif təkliflər olsa da, bu məsələ həll edilməyib. BMT qətnamələri yerinə yetirilməlidir. Təəssüflər ki, bu qətnamələrin heç birinə məhəl qoyulmur. Məhz bu səbəbdən də Azərbaycan öz torpaqlarını özü azad etmək istəyir.

M.Çavuşoğlu bildirib ki, Azərbaycan başqa ərazidə deyil, öz ərazisində mübarizə aparır: Buna görə də Azərbaycan və Ermənistana eyni münasibətlə yanaşmaq olmaz.

Çavuşoğlu guya Türkiyənin Azərbaycana silahla dəstək göstərməsi ilə bağlı bildirib ki, buna ehtiyac yoxdur və Prezident İlham Əliyev də bunu qeyd edib: "Həqiqətən də, Azərbaycanın buna ehtiyacı yoxdur. Əksinə olaraq, Ermənistan başqa ölkələrdən dəstək alaraq Azərbaycana qarşı hərbi təxribat həyata keçririr.

Dünya ictimaiyyəti Azərbaycanın narazıçılığını Türkiyə onları başa düşdüyü kimi başa düşməlidir. Ermənistan bilindiyi kimi işğalıçı siyasətini davam etdirir və bununla yanaşı Yaxın Şərqdən gətirdiyi erməniləri münaqişəyə cəlb edir. Münaqişənin həll olunmaması Ermənistanın marağındadır". 

"Bir şeyi də qeyd edim ki, bölgədə sülhün olması üçün, ilk növbədə, atəşkəs elan olunmalı və Ermənistan işağl etdiyi ərazilərdən dərhal çıxmalıdır. Ermənistanın münaqişəni diplomatik yolla həll etmək istəyi yoxdur.

Türkiyə və Azərbaycan rəsmiləri davamlı olaraq bölgədəki vəziyyələ bağlı əlaqə saxlayırlar", - Çavuşoğlu bildirib.


Etiketlər:  Çavuşoğlu Sülh üçün Ermənistan işğal etdiyi ərazilərdən dərhal çıxmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ