Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 17:21
Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca Ermənistan daha da cəsarətlənir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir bildirib ki, bu münaqişənin həll edilməsində dünya ictimaiyyətinin və ATƏT Minsk qrupunun konkret bir addımı yoxdur:
"Biz Türkiyə ilə Rusiyanın Suriya ilə bağlı əməkdaşlığını bu müstəviyə keçirmək istədik və bu baxımdan ikitərəfli görüşlər keçirilib. Prezidentimizin Vladimir Putinə təklifləri olub, eyni zamanda Lavrovla görüşlərimiz olub. Amma nə ikitərəfli, nə də çoxtərəfli formatda bu problem həll olunmadı. Problem həll olunmadıqca da, Ermənistan daha da cəsarətlərnir və hücuma keçir".