Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ombudsman Naftalan Şəhər Polis Şöbəsinin müvəqqəti saxlama yerinə başçəkmə həyata keçirib

Ombudsman Naftalan Şəhər Polis Şöbəsinin müvəqqəti saxlama yerinə başçəkmə həyata keçirib

Tarix: 30 Sentyabr 2020 18:27

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm mandatı çərçivəsində Naftalan Şəhər Polis Şöbəsinin müvəqqəti saxlama yerinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.

Ombudsman Aparatından Trend-ə bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, saxlanılan şəxslərin daxili intizam qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində müəssisənin kameralarına, mətbəxə, istintaq, tibb, ibadət otaqlarına, gəzinti sahəsinə baxış keçirilib, tibbi yardımın təşkili, qidalanma, sovqat qəbulu, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.
Saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə saxlanılan inzibati qaydada həbs edilmiş şəxs Müvəkkil tərəfindən fərdi qəbul olunub, hüquqlarının təmin olunması vəziyyəti yerində araşdırılıb.
Başçəkmənin yekununda müəssisə rəhbərliyi ilə söhbətlər aparılıb, saxlanılan şəxslərin müvəqqəti saxlama yerinə qəbulu zamanı COVID-19 pandemiyası əleyhinə tibbi müayinədən keçirilməsinə ciddi riayət olunması və dezinfeksiyaedici vasitələrlə təmin ediləmisi ilə bağlı müvafiq tövsiyələr verilib.


Etiketlər:  Ombudsman Naftalan Şəhər Polis Şöbəsinin müvəqqəti saxlama yerinə başçəkmə həyata keçirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ