Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Moda Dizaynerləri İctimai Birliyi Azərbaycan ordusuna dəstək oldu - VİDEO - FOTO

Azərbaycan Moda Dizaynerləri İctimai Birliyi Azərbaycan ordusuna dəstək oldu - VİDEO - FOTO

Tarix: 14 Oktyabr 2020 17:03

Bu gün ölkənin ən böyük tekstil müəssisəsi olan Gilan Tekstil Parkının, GiLTEX ticarət markasının dəstəyi ilə Azərbaycan Moda Dizaynerləri İctimai Birliyin təşkil etdiyi sosial layihənin təqdimatı keçirildi.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, layihənin məqsədi beş yerli məşhur dizaynerləri milli ordunun kamuflyaj toxumasından unikal muzey geyimlərinin hazırlanmasıdır. Beləliklə də, bu layihə, bir millət olaraq sülh arzusunda olsaq da, kimsə bizim torpaqlarımıza iddia edərsə, müharibəyə hazır olduğumuzun mesajını vurğulayır. Bildiyiniz kimi, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır və bu səbəbdən də Milli Ordunun Qarabağı və ətrafındakı işğal olunmuş 7 rayonu azad etmək üçün əks-hücum əməliyyatı dizaynerləri belə laqeyd qoya bilməzdi.

Layihəyə Zümrüd Mirzaliyeva, Günel Behbudova, Nigar Kalbyieva (Atelier Muliebre), Səbinə Zulalova kimi tanınmış dizaynerlər və atelye UVENTA iştirak ediblər. İstedadlı dizaynerlər hərbi kamuflyajdan dinc məqsədlər üçün istifadə edərək, kutyur geyimlərini hazırlayaraq, Azərbaycana dəstək olduqlarını nümayiş ediblər.

Ekspozisiya Azərbaycan Milli Ordusunun hərbi parçalar istehsalçısı və gələcəkdə dizaynerlərin geyimlərinin təqdim ediləcəyi beynəlxalq sərgilərin illik iştirakçısı olan GiLTEX şirkətinə hədiyyə olaraq təqdim olunub.
 
Layihə ilə bağlı videoçarxa assosiasiyanın rəsmi Instagram kanalında və GiLTEX-in səhifəsində baxa bilərsiniz: @afdabaku / giltex.az


Etiketlər:  Azərbaycan Moda Dizaynerləri İctimai Birliyi Azərbaycan ordusuna dəstək oldu VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ