Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2020 14:45
Ermənistan hər zaman olduğu kimi digər dövlətlərdə, xüsusən Avropa ölkələrində yaşayan ASALA erməni terror təşkilatının üzvlərini və digər erməni əsilli terrorçuları Dağlıq Qarabağda döyüşlərə cəlb edir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bildirib ki, yayılan rəsmi məlumatlarda da, Ermənistanın özünün kütləvi informasiya vasitələrində yayılan məlumatlardan da görürük ki, Avropa ölkələrində yaşayan erməni terrorçuları bu döyüşlərə cəlb edilib və bir çoxu da artıq Azərbaycan ordusu tərəfindən məhv edilib:
"Avropa dövlətləri özləri də maraqlıdır ki, bu terrorçular ölkədən çıxıb Dağlıq Qarabağa getsinlər və hətta onların getməsi üçün şərait də yaradılır. Avropa dövlətləri öz təhlükəsizliyini düşünərək bunu edirlər, çünki o terrorçular bu ölkələrdə də hər an hər hansı bir terror hadisəsi törətməyə qadirdirlər.
Həmin terrorçular gəlib Azərbaycan ordusuna, mülki əhaliyə qarşı döyüşürlər. Beynəlxalq aləm bu məsələyə münasibətini bildirməlidir, çünki Ermənistan hakimiyyəti terrora dəstək verir".