Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda üzüm istehsalçıları müflisləşirlər

Ermənistanda üzüm istehsalçıları müflisləşirlər

Tarix: 15 Oktyabr 2020 16:56

Ermənistan Respublikasının Azərbaycana qarşı həyata keçirdiyi işğalçı siyasətinin təsiri artıq iqtisadiyyatının bütün sahələrində özünü göstərir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorun müavini Ramil Hüseyn Ermənistanın kütləvi informasiya vasitələrinə istinadən (Sputnik Армения və s.) bildirir ki, artıq bu ölkənin üzümçülük sektorunda da ciddi problemlər yaşanır. Belə ki, Ermənistanda hərbi səfərbərliyin davam etməsi üzüm emalı zavodlarının tam gücü ilə işləməsinə mənfi təsir göstərib. Bunun nəticəsində üzüm emalı müəssisələri aldıqları üzümün qiymətini kəskin ucuzlaşdırıblar.

Hazırda Ermənistanda emal müəssisələri üzümün bir kiloqramını 90 drama (0.18$) və ya ondan da daha aşağı qiymətə alırlar. Alternativ satış imkanı olmayan fermerlərdə isə emal müəssisələrinin şərtlərini qəbul etməyə məcburdular və onlar məhsullarını maya dəyərindən də ucuz satmalı olurlar. Nəticədə Ermənistanda üzüm istehsalçıları müflisləşirlər.

Qeyd edək ki, ötən il Yerevan Konyak Zavodu üzümün bir kiloqramın topdan 140-150 drama alırmış. Bu isə o deməkdir ki, müharibənin də təsiri ilə Ermənistanda üzümün qiyməti 40 faizə qədər ucuzlaşıb və Ermənistan fermerləri ciddi şəkildə zərərlə başa vurublar. Bu isə həm də ondan xəbər verir ki, emal müəssisələrinin tam gücü ilə işləməməsi səbəbindən növbəti ildə Ermənistanın spirtli içkilər ixracında da ciddi azalma ola bilər.

Məlumat üçün bildirək ki, 2019-cu ildə Ermənistanın ixracının 11 faizə qədərini spirtli içkilər təşkil edib. Göründüyü kimi Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçı müharibənin təsirlər bu ölkənin iqtisadiyyatını çökdürməkdədir. Artıq Ermənistanda vətəndaşlar həyatın bütün sahələrində müharibənin acısını hiss edirlər və bunun getdikcə böyüyərək işğalçı dövləti fəlakətə sürükləyəcəyi qaçılmazdır.


Etiketlər:  Ermənistanda üzüm istehsalçıları müflisləşirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ