Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tesla şirkəti 5-ci səviyyəli avtopilot sisteminin beta versiyasını işə salmağa hazırlaşır

Tesla şirkəti 5-ci səviyyəli avtopilot sisteminin beta versiyasını işə salmağa hazırlaşır

Tarix: 15 Oktyabr 2020 20:24

Keçən ay keçirilmiş Tesla Battery Day 2020 tədbiri çərçivəsində Elon Musk bildirmişdi ki, Tesla şirkəti 5-ci səviyyəli avtopilot sisteminin istifadəyə verilməsinə hazırdır. İndi isə Elon Musk sözügedən avtopilot sisteminin beta versiyasına nə zaman start veriləcəyini açıqlayıb. Bu barədə Engadget saytı xəbər verib. Tesla elektromobilləri birinci il deyil ki, avtopilot sistemi ilə təchiz olunurlar. Lakin indiyənə kimi sözügedən sistem sürücü üçün nəzərdə tutulmuş assistent rolunda çıxış edib və avtonom rejimdə çalışmayıb.

Şirkətin verdiyi məlumata əsasən yeni Full Self-Driving paketi elektromobili fərdi şəkildə tam idarə edə bilir. Lakin buna baxmayaraq elektromobil daxilində qanunvericiliyə əsasən sürücü olmalıdır. Beləliklə Musk qeyd edib ki, Full Self-Driving paketinin məhdud beta test mərhələsi 20 oktyabr tarixində bir sıra sürücülər üçün istifadəyə veriləcək. Tesla yenə də qeyd edir ki, hal hazırda mövcud olan avtopilot sisteminin işə salınması ehtimalında da sürücü öz diqqətini yola yönəltməli və ona nəzarət etməlidir. Bunu avtopilot sistemi də sürücüdən aktiv tələb edir. Bununla yanaşı şirkət bildirib ki, daimi sistem yenilənmələri sayəsində avtopilot funksiyasının imkanları genişləndiriləcək.


Etiketlər:  Tesla şirkəti səviyyəli avtopilot sisteminin beta versiyasını işə salmağa hazırlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ