Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİ-də rəhbər vəzifələrə namizədlərin adları açıqlanıb

Aİ-də rəhbər vəzifələrə namizədlərin adları açıqlanıb

Tarix: 3 Iyul 2019 00:24

Bakı. Trend:

Avropa İttifaqına üzv ölkələrin liderləri Brüsseldə keçirilən təcili sammit zamanı əsas rəhbər vəzifələrə namizədlərin adlarını razılaşdırıblar.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Avropa Şurasının rəhbəri Donald Tusk deyib.

Onun sözlərinə görə, Almaniyanın müdafiə naziri Ursula dor Der Lyayenin namizədliyi Avropa Komissiyasının rəhbəri vəzifəsi üçün irəli sürülüb.

Bundan əlavə, Belçikanın baş naziri Şarl Mişelin namizədliyi Avropa Şurasının rəhbəri vəzifəsi, İspaniyanın xarici işlər naziri vəzifəsini icra edən Jozep Borrelin namizədliyi Aİ diplomatiyasının rəhbəri vəzifəsi, Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqardın namizədliyi isə Avropanın Mərkəzi Bankının rəhbəri vəzifəsi üçün irəli sürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  rəhbər vəzifələrə namizədlərin adları açıqlanıb


RƏYLƏR