Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2020 11:38
"Çelsi" futbolçusu Viktor Mosesi "Spartak"a icarəyə verib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya klubunun saytı məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçinin 2020/2021 mövsümünün sonuna kimi yüksək liqa təmsilçisində icarə əsasında çıxış edəcəyi bildirilib. Klubun onu yayda birdəfəlik almaq hüququnun olduğu vurğulanlıb.
Qeyd edək ki, V.Moses ötən mövsüm icarə əsasında "İnter"də oynayıb.