Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dağlıq Qarabağ münaqişəsində dini ziddiyət deyil, əsasən siyasi maraqlar önə çıxır - Arxiyepiskop

Dağlıq Qarabağ münaqişəsində dini ziddiyət deyil, əsasən siyasi maraqlar önə çıxır - Arxiyepiskop

Tarix: 16 Oktyabr 2020 15:22

Bakı. Elçin Mehdiyev - Trend:

Dağlıq Qarabağ münaqişəsində dini ziddiyət deyil, əsasən siyasi maraqlar önə çıxır.

Trend-in məlumatına görə, bunu Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein deyib.

O qeyd edib ki, din xadimləri daim münaqişənin həllində öz dəstəklərini göstəriblər. Humanitar atəşkəs imzalanandan sonra hamı ümid etdi ki, sakitlik olacaq:

“Ancaq gecə yarısı ermənilər Gəncəyə atəş açdılar, günahsız insanları qətlə yetirdilər. Bu nədir axı? Müharibə belə olmur, müharibə hərbçilər arasında aparılır. Ancaq ermənilər dinc sakinlərə, mülki obyektlərə atəş açır. Bu necə bir barbar hərəkətdir?!

Erməni siyasətçiləri indi deyirlər ki, münaqişə dinlərarası xarakter daşıyır. Burada heç bir dinlərarası ziddiyət yoxdur. Bakıya baxn. Şəhərin mərkəzində erməni kilsəsi dayanır və ona heç nə olmayıb. Azərbaycanda məscidlərlə yanaşı, pravoslav, katolik kilsələr, senaqoqlar var. Belə olan halda hansı dinlərarası ziddiyətdən danışmaq olar?!

Arxiyepiskop qeyd edib ki, Azərbaycanda bütün xalqlar sülh şəraitində yaşayır, hər kəs öz ölkəsini sevir: “Bu xalqı, bu ölkəni sevməmək olmaz. Azərbaycanda rus millətindən onlan insanlar da bu torpaq uğrunda döyüşürlər. Bilirsiniz ki, bu günlərdə rus millətində olan bir insan bu döyüşlərdə şəhid oldu və biz onu dəfn etdik.

Azərbaycan çoxmillətli ölkədir. Bilrisiniz ki, burada 30 min erməni yaşayır. Bunu da hər kəs bilməlidir”.


Etiketlər:  Dağlıq Qarabağ münaqişəsində dini ziddiyət deyil əsasən siyasi maraqlar önə çıxır Arxiyepiskop


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ