Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Dəfnə gəlmişdik, ermənilər bizi görüb atəş açdı” - VİDEO - FOTO

“Dəfnə gəlmişdik, ermənilər bizi görüb atəş açdı” - VİDEO - FOTO

Tarix: 16 Oktyabr 2020 17:36

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan silahlı qüvvələri Tərtərdə dəfn zamanı qəbiristanlığı atəşə tutub, nəticədə 4 mülki vətəndaşımız həlak olub, eyni sayda da yaralanıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, yaralılardan 3-nün vəziyyəti qənaətbəxş, birinin durumu isə orta-ağırdır.

Yaralılar əməkdaşımızla söhbətində bildiriblər ki, düşmən bilərəkdən qəbiristanlığı hədəf alıb.

"Qəbiristanlığa dəfnə gəlmişdik, 8 nəfər idik. Ermənilər əvvəl bir mərmi atdı, onda meyiti qəbirə qoymuşduq, çıxa bilmədik. İkincini atanda yanımıza düşdü. Böyük qardaşım İskəndər, yeznəm, qohumum və qəbirqazan dünyasını dəyişdi", - deyə hadisə zamanı yaralanan Nofəl Əmirov bildirib.

"Xalam rəhmətə getmişdi, Yevlaxda yeznəsinin evində idi. Dəfn etmək üçün Tərtərə getdik. Hiss etdim ki, ermənilər bizi gördülər. Mərmi düşəndə elə bildim qolumu tulladı. Ətrafa baxdım ki, hamı yerə yıxılıb", - Məmmədov Füzuli hadisə barədə danışarkən qeyd edib.

Hadisə zamanı xəsarət alan axund Rafael Qəzənfərli də ermənilərin qəsdən dinc əhalini hədəf aldığını qeyd edib:

"Ordumuzla üz-üzə gələ bilmirlər, əliyalın insanları hədəf alırlar. Yetər ki, bizə qələbə qismət olsun".

Hazırladığımız videoreportajı təqdim edirik:


Etiketlər:  Dəfnə gəlmişdik ermənilər bizi görüb atəş açdı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ