Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hamilə qadının koronavirusa yoluxmasının dölə təsiri açıqlanıb

Hamilə qadının koronavirusa yoluxmasının dölə təsiri açıqlanıb

Tarix: 16 Oktyabr 2020 23:36

Ananın koronavirusa yoluxması ilə döldə fəsadların yaranma ehtimalı, xüsusən də hamiləliyin son dövrlərində praktik olaraq istisna edilir.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin reproduktiv sağlamlıq üzrə baş müstəqil mütəxəssisi Oleq Apolixin bildirib.

O, həmçinin vurğulayıb ki, bu vəziyyətdə bədənin infeksiya ilə qarşılıqlı təsiri də vacibdir.

Daha əvvəl Apolixin COVİD-19-un hamilə qadında uşaq salma təhlükəsi yaradacağı barədə xəbərdarlıq etmişdi.

Eyni zamanda, mütəxəssis qeyd edib ki, koronavirusu hətta yüngül formada keçirən kişilərdə uzun, ya orta müddətdə kişi sonsuzluğuna səbəb ola biləcək otoimmün xəstəliklər və pozuntular inkişaf edə bilər.


Etiketlər:  Hamilə qadının koronavirusa yoluxmasının dölə təsiri açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ