Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2020 04:00
Ermənistan Xarici İşlər Nazirliyi alçaqcasına bu hərbi cinayətlərə görə dövlət məsuliyyətini inkar etməyə çalışır
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi Tvitter hesabında yazıb.
O bildirib: "Ermənistan ərazisindən Gəncə şəhərinə ballistik raketlər atıldı. Bu, müharibə bölgəsindən çox uzaqdır. Hərbi zərurət yox idi. Ermənistan Xarici İşlər Nazirliyi alçaqcasına bu ağır hərbi cinayətlərə görə dövlət məsuliyyətini inkar etməyə çalışır".