Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2019 10:40
AFFA "Kayserispor"un futbolçusu Hasan Hüseyn Acarı milliləşdirmək istəyir.
Qol.az-ın "Hürriyət"ə istinadən yaydığı xəbərə görə, bu barədə 24 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. O, AFFA-dan təklif aldığını bildirib. Hasan yığmamızda oynamağa müsbət baxdığını söyləyib:
"Mənə təklif göndərildiyi doğrudur. Bu barədə düşünürəm. Azərbaycan millisində oynamağa müsbət baxıram. Türkiyə millisində oynamaq istəyərəm, amma Azərbaycan yığmasında çıxış etmək də qürur verər".
Qeyd edək ki, Hasan Hüseyin Acar ötən yay “Eskişehirspor”dan “Kayserispor”a keçib. O, ötən mövsüm Türkiyə Superliqasında 17 matçda 3 qol vurub.