Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda fəaliyyətində fasilə yaranan işıqforların işi bərpa edilib - YENİLƏNİB

Bakıda fəaliyyətində fasilə yaranan işıqforların işi bərpa edilib - YENİLƏNİB

Tarix: 3 Iyul 2019 12:36

İlk xəbər saat 11:29-da yayılıb

Bakı. Samir Əli - Trend:

Bakıda fəaliyyətində fasilə yaranan işıqforların işi bərpa edilib.

Bu barədə Trend Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

XXX

saat 11:29

Elektrik təchizatının kəsilməsi ilə əlaqədar olaraq hazırda paytaxtın S.Vurğun küçəsinin N.Yusifbəyli küçəsi ilə, N.Yusifbəyli küçəsinin X.Şuşinski küçəsi ilə, Azadlıq prospektinin N. Yusifbəyli küçəsi ilə, C.Hacıbəyli küçəsinin N.Yusifbəyli və M.Mirqasımov küçələri ilə kəsişməsində işıqforlar işləmir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində işıqforların işi bərpa olunub.

Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Qeyd edək ki, BNA işıqforların işləməməsinə səbəb kimi elektrik təchizatının kəsilməsini göstərir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda fəaliyyətində fasilə yaranan işıqforların işi bərpa edilib YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ