Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əsas məqsəd daşınmaz əmlakla bağlı bütün xidmətləri vətəndaşlara rahat, operativ və şəffaf şəkildə çatdırmaqdır - Rəşad Əbləsənov (VİDEO)

Əsas məqsəd daşınmaz əmlakla bağlı bütün xidmətləri vətəndaşlara rahat, operativ və şəffaf şəkildə çatdırmaqdır - Rəşad Əbləsənov (VİDEO)

Tarix: 3 Iyul 2019 12:00

Bakı. Samir Əli – Trend:

Son aylarda Prezident İlham Əliyevin sosial məsələlərlə bağlı həyata keçirdiyi islahatlar cəmiyyətdə böyük məmnunluq yaradıb. Əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. İslahatlar kompleks xarakter daşıyır və cəmiyyətin bütün təbəqələrini əhatə edir. Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının etibarlı sosial təminatı dayanır.

Bu istiqamətdə atılan addımlardan biri də yeni inşa edilən binalardakı mənzillərin çıxarşlarla təmin edilməsi məsələsidir. Prezident İlham Əliyevin bu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Fərmanının icrası uğurla davam etdirilir. Ölkə başçısının bu sahədəki islahatı uzun illərdən bəri mənzil sektorunda yığılıb qalmış problemləri aradan qaldırır.

Əmlak Xidmətləri Məkanının rəhbəri Rəşad Əbləsənov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə açıqlamasında bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyətinin əsas məqsədi ölkədə daşınmaz əmlakla bağlı bütün xidmətləri vətəndaşlara rahat, operativ və tam şəffaf şəkildə çatdırmaqdır:

"Dövlət başçısının imzaladığı müvafiq fərman əsasında ölkəmizdə çoxmənzilli yaşayış binalarında əmlak sahibi olan vətəndaşlarımızın mülkiyyət hüququ əldə etmələri ilə bağlı tədbirlər həyata keçirilməkdədir. Qeyd edim ki, artıq 49 bina üzrə sənədlər toplanmaqdadır. Bu günə qədər 1800-dən çox vətəndaş müraciəti qeydə alınıb ki, həmin vətəndaşların hüquqları elektron çıxarışla rəsmiləşdirilib”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Əsas məqsəd daşınmaz əmlakla bağlı bütün xidmətləri vətəndaşlara rahat operativ şəffaf şəkildə çatdırmaqdır Rəşad Əbləsənov VİDEO


RƏYLƏR