Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2020 02:40
Bakı. Trend:
Bəhreyn və İsrail arasında rəsmi olaraq diplomatik münasibətlər qurulub.
Trend-in məlumatına görə, krallığın xarici işlər naziri Abdel Latif bin Rashed az-Zayani bildirib ki, müvafiq müqavilə bazar günü Manamada İsrail nümayəndə heyətinin səfəri zamanı imzalanıb.
"İsrail ilə diplomatik əlaqələrin qurulması barədə müqavilə imzaladıq. Biz sülh və dialoq yoluna sadiqik, Orta Şərqdə ədalətli və hərtərəfli barışıq təmin edilməlidir. İki dövlətin - İsrail və Fələstinin birlikdə yaşamasına dair qərar beynəlxalq qətnamələr və 2002 Ərəb sülh təşəbbüsünə uyğun olmalıdır", - az-Zayani deyib.
Ümumilikdə Manamada maliyyə, iqtisadiyyat və kənd təsərrüfatı daxil olmaqla müxtəlif sahələrə aid yeddi qarşılıqlı anlaşma və əməkdaşlıq memorandumu imzalanıb.
Bildirilir ki, Fələstin bu müqavilələrə qətiyyətlə qarşı çıxıb və səfirlərini Əbu-Dabi və Manamadan geri çağırıb.