Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan idmançısı qızıl medalını ordumuza dəstək məqsədilə hərraca çıxarır

Azərbaycan idmançısı qızıl medalını ordumuza dəstək məqsədilə hərraca çıxarır

Tarix: 19 Oktyabr 2020 04:32

Yunan-Roma güləşi üzrə ikiqat Avropa çempionu və dünya ikincisi Rafiq Hüseynov maraqlı və vətənpərvər təşəbbüslə çıxış edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, millimizin təcrübəli üzvü fevralda keçirilən qitə birinciliyində qazandığı qızıl medalı hərraca çıxarmağa hazırlaşdığını deyib: "Hər bir idmançı üçün ən dəyərli əşya onun yarışda qazandığı medaldır. Bu il ikinci dəfə Avropa çempionu oldum. Doqquz illik fasilədən sonra qazandığım qızıl medal mənim üçün çox dəyərlidir. Ancaq bu gün hər birimiz Vətənə və ordumuza dəstək üçün bütün fədakarlıqları etməyə hazır olmalı, böyük qələbəyə gedən yolda əlimizdən gələni əsirgəməməliyik".

R.Hüseynov təkcə bir idmançı və vətəndaş kimi deyil, həm də Silahlı Qüvvələrimizin zabiti kimi Romada qazandığı və onun üçün çox əziz olan qızıl medalı hərraca çıxarıb, medalın satışından əldə olunacaq məbləği Silahlı Qüvvələrə Yardım Fondunun hesabına köçürməyə hazırlaşdığını vurğulayıb.

Milli.Az


Etiketlər:  Azərbaycan idmançısı qızıl medalını ordumuza dəstək məqsədilə hərraca çıxarır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ