Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kolumbiyada təlim təyyarəsi qəzaya uğrayıb

Kolumbiyada təlim təyyarəsi qəzaya uğrayıb

Tarix: 19 Oktyabr 2020 05:03

Bakı. Trend:

Kolumbiyanın paytaxtı Boqotada yüngül təlim təyyarəsi qəzaya uğrayıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Departamenti məlumat verib.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

"Mülki Aviasiya İdarəsi "Quaymaral" hava limanının ərazisində "Aeroandez" uçuş məktəbinə məxsus təyyarənin qəza uğradığını bildirir. Təyyarənin tək sərnişini olan tələbə sağ qalıb və tibb mərkəzinə yerləşdirilib", - daprtametin "Twitter" səhifəsində yazılıb.

Açıqlamada mütəxəssislərin artıq hadisə yerinə olduqları qeyd olunur.


Etiketlər:  Kolumbiyada təlim təyyarəsi qəzaya uğrayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ