Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2020 11:03
Türkiyənin ATV kanalında yayımlanan "Kim milyoner olmak ister?" (Milyonçu) verilişində Azərbaycanla, xüsusən də Dağlıq Qarabağla bağlı sual səsləndirilib.
Sonxeber.net bildirir ki, sualda Dağlıq Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi qeyd olunub. Həmin sualın verildiyi anın şəklini çəkən aktyor Kenan İmirzalıoğlu rəsmi Tvitter hesabında paylaşıb.
Qeyd edək ki, sözügedən verilişin aparıcısı olan Kenan İmirzalıoğlu son günlər azərbaycanlılarla bağlı bir neçə paylaşım edib, dəstəyini bildirib. Həmçinin, o, Tvitter profilinə Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağı emojisi də qoyub.