Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məktəblərin çağırışaqədərki hazırlığı rəhbərləri təbliğat-təşviqat işlərinə cəlb olunub

Məktəblərin çağırışaqədərki hazırlığı rəhbərləri təbliğat-təşviqat işlərinə cəlb olunub

Tarix: 19 Oktyabr 2020 12:18

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri könüllülük əsasında təbliğat-təşviqat işlərinə cəlb olunub.

İdarədən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə qarşı hücuma başlamasından sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarələri tərəfindən 100-ə yaxın GÇH rəhbərinə bir sıra təlimati tapşırıqlar verilib.

Müvafiq tapşırıqlar çərçivəsində GÇH rəhbərləri qismən səfərbərlik prosesinin gedişinə peşəkar dəstək göstərir, ölkənin müdafiəsi ilə bağlı formalaşmış yekdil ictimai rəyin daha da möhkəmləndirilməsi məqsədilə vətəndaşlara müvafiq məlumatlar verir, lazımi söhbətlər aparırlar. GÇH rəhbərləri həmçinin, çağırışçılar və könüllülərlə iş üzrə komanda heyətində iştirak edirlər.

Bundan əlavə, GÇH rəhbərləri təbliğati və maarifləndirmə işi çərçivəsində çağırışçılara şanlı Azərbaycan əsgəri kimi müqəddəs adı daşımaq, Vətənə şərəflə xidmət etmək, nizam-intizamlı olmaq, verilən tapşırıqları layiqli şəkildə yerinə yetirmək baxımından müvafiq tövsiyələr verirlər.

Qeyd edək ki, hər bir Azərbaycan vətəndaşı ölkəmizin ərazi bütövlüyü üçün təcavüzkar düşməni məhv etməyə və haqq işimiz olan Vətən müharibəsini tam qalibiyyətlə başa çatdırmağa hazırdır. Böyük ruh yüksəkliyi və coşqu ilə yola salınan hər bir çağırışçının dilində “Biz zəfər çalacağıq!”. “Qarabağ Azərbaycandır!” şüarları səslənir.


Etiketlər:  Məktəblərin çağırışaqədərki hazırlığı rəhbərləri təbliğat təşviqat işlərinə cəlb olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ