Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

NATO-nun Xüsusi Əməliyyatlar Qərargahının komandanı Bakıya gəlib (FOTO)

NATO-nun Xüsusi Əməliyyatlar Qərargahının komandanı Bakıya gəlib (FOTO)

Tarix: 3 Iyul 2019 14:30

Bakı. Trend:

İyulun 3-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə səfərdə olan NATO-nun Xüsusi Əməliyyatlar Qərargahının komandanı vitse-admiral Kolin Kilreynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan ilə Şimali Atlantika Alyansı arasında 25 illik dayanıqlı əməkdaşlıqdan danışan Baş Qərargah rəisi bu əlaqələrin inkişaf etdiyini, Azərbaycan Ordusunun müxtəlif proqramlar çərçivəsində fəaliyyətini və Əfqanıstandakı “Qətiyyətli Dəstək” Missiyasına verdiyi töhfəni qeyd edib.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik N.Sadıkov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edən vitse-admiral K.Kilreyn Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda sülhməramlılarımızın göstərdiyi peşəkarlığı yüksək qiymətləndirib.

Görüşdə tərəflər Azərbaycan və NATO-nun xüsusi təyinatlı qüvvələri arasında gələcək əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  NATO Xüsusi Əməliyyatlar Qərargahının komandanı Bakıya gəlib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ