Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”la oyuna azarkeşlərə icazə verilir

“Qarabağ”la oyuna azarkeşlərə icazə verilir

Tarix: 19 Oktyabr 2020 17:50

Türkiyənin "Sivasspor" klubu Avropa Liqasının qrup mərhələsində ev oyunlarına azarkeş buraxa biləcək.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir açıqlamasında bildirib.

Federasiya rəhbəri Super Liqa, aşağı liqalar və avrokuboklarda oyunlara azarkeşlərin cəlb olunması ilə bağlı klubların müraciətini müsbət cavablandırdıqlarını açıqlayıb. O, səhiyyə nazirliyinin də icazəsi olarsa, matçlara 30 faizədək azarkeşlərin buraxılması prosesinə başlanılacağını söyləyib.

Qeyd edək ki, "Sivasspor"la "Qarabağ" arasında Sivasdakı qarşılaşma III tur çərçivəsində noyabrın 5-də keçiriləcək.

Milli.Az


Etiketlər:  Qarabağla oyuna azarkeşlərə icazə verilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ