Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2020 04:00
Bakı. Trend:
Avropa Futbol Assosiyasiyaları İttifaqı (UEFA) Çempionlar Liqası və Avropa Liqasında iştiraka görə klublara verilən mükafatların növbəti 5 mövsümdə azaldılması barədə qərara qəbul edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, mükafatların azaldılması UEFA-nın son mövsümdə koronavirus pandemiyası səbəbindən gəlirlərin azalması ilə əlaqədardır.
UEFA ötən mövsüm televiziya hüquqları və sponsorluq müqavilələrindən təxminən 566 milyon dollar itirib və təşkilat özü matçların təxirə salınmasına görə yayım şirkətlərinə və sponsorlara təzminat ödəmək məcburiyyətində qalıb.
Digər səbəblərdən biri isə pley-off oyunlarının sayının azalması olub. Belə ki, Çempionlar Liqası və Avropa Liqasında ötən mövsüm 1/4 finaldan etibarən bütün qarşılaşmalar iki yox, bir oyunluq formatda keçib. Eyni zamanda Avropa Liqasınnın 1/8 final mərhələsində cütlərdən ikisi iki yox, bir oyun oynayıb.