Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan vergi güzəştlərini ləğv edir - Büdcə tükənir

Ermənistan vergi güzəştlərini ləğv edir - Büdcə tükənir

Tarix: 20 Oktyabr 2020 18:12

Ermənistanın dövlət büdcəsi tükənmək üzrədir. Bu səbəbdən Ermənistan hökuməti oktyabrın 21-də ölkə parlamentinin növbədəkənar iclasını çağırıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, iclasın gündəliyinə iki məsələ salınıb.

Gündəlikdəki əsas məsələ "Hərbi vəziyyət müddətində vergi güzəştlərinin məhdudlaşdırılması barədə" qanun layihəsidir.

Bundan başqa, Vergilər Məcəlləsinə dəyişikliklər müzakirə olunacaq.

Parlamentə dinləmələri xüsusi rejimdə keçirmək və birinci oxunuşdan sonra 24 saat ərzində ikinci oxunuşu təşkil etmək tövsiyə olunub.


Etiketlər:  Ermənistan vergi güzəştlərini ləğv edir Büdcə tükənir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ