Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2020 15:39
Bakı. Trend:
“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalın qabaqcıl və təcrübəli həkimi, neyrocərrah, t.f.d. Elçin Abbaszadəni təqdim edirik.
DR.ELÇİN ABBASZADƏ Mərkəzi Gömrük Hospitalında baş-beyin və onurğa beyin şişlərinin, baş və onurğa sütunun travmalarının, periferik sinirlərdə baş-beyin və onurğa-beyni damar xəstəliklərinin, fəqərəarası disk yırtıqlarının cərrahi əməliyyatlarını həyata keçirir.
Dr.Elçin Abbaszadə 1999-cu ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 1999-2001-ci illərdə Rusiya Federasiyası Yaroslavl Dövlət Tibb Akademiyasında neyrocərrahiyyə ixtisası üzrə klinik ordinatura keçmişdir. O, 2009-2012-ci illər ərzində Romadanov adına Ukrayna Neyrocərrahiyyə İnstitutunun aspiranturasında təhsil almış və “Beyin anevrizmalarının cərrahi müalicəsi” mövzusunda elmi işi müdafiə etmişdir.
2003-cü ildə əmək faliyyətinə başlayan Elçin həkim 2012-ci illə qədər müxtəif dövlət və özəl tibb müəssisələrində həkim neyrocərrah kimi çalışmışdır. O, 2012-ci ildəm Mərkəzi Gömrük Hospitalında neyrocərrah kimi fəaliyyət göstərir.
Elçin həkim daim öz üzərində çalışan, bilik və bacarıqlarını zənginləşdirən yüksək ixtisaslı mütəxəssisdir. O, 2010-cu ildə Ukraynanın Kiyev şəhərində Ukrayna Neyrocərrahiyyə İnstitutunun keçirdiyi “Endovaskulyar neyrocərrahiyyə” kursunda, 2015-ci ildə Almaniyanın Hamm şəhərində Santa Barbara klinikasının təşkiltçılığı ilə keçirilən “Onurğa cərrahiyyəsi” kursunda iştirak etmişdir.
Dr.Elçin Abbaszadənin müxtəlif i llərdə beynəlxalq jurnallarda neyrocərrahiyyə xəstəliklərinə həsr olunmuş elmi məqalələri dərc olunub. O, Azərbaycan Neyrocərrahiyyə Cəmiyyətinin və Ukrayna Neyrocərrahiyyə Cəmiyyətinin üzvüdür.
Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/elchin-abbaszade/. Dr. Elçin Abbaszadənin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.