Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2019 20:48
"Sevilya" növbəti transferini həyata keçirib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, La Liqa təmsilçisi "Bordo"nun futbolçusu Jyul Kundeni heyətinə qatıb. 20 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Bu transfer üçün "Sevilya" Fransa klubuna 25 milyon avro təzminat ödəyib. Bu isə klub tarixinin ən bahalı transferidir.
Qeyd edək ki, Kunde ötən mövsüm Fransa çempionatında 37 matçda oynayıb.